““Ekip” nəşri Fransa millisinin tarixinin rəmzi “11-liy”ini tərtib edib.
Maraqlıdır ki, heyətə daxil edilən futbolçulardan 9-u DÇ-1998 və AÇ-2000-nin iştirakçıları olub. Son dünya çempionatında qızıl medal qazanan oyunçulardan yalnız Kilian Mbappe, AÇ-1984-ün qaliblərindən isə Mişel Platini bu siyahıya düşüb. Komandanın rəmzi məşqçisi isə Didye Deşam olub.Rəmzi “11-liy”i diqqətinizə çatdırırıq.
Qapıçı: Bartez
Müdafiəçilər: Lizarazyu, Desayi, Blan, Türam
Yarımmüdafiəçilər: Vieyra, Deşam, Platini
Hücumçular: Zidan, Anri, Mbappe